AZ

"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində üç pillə geriləyib.

Fanat.Az xəbər verir ki, Ağdam klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 65-ci sıradan 68-ci pillədə yer alıb. 

Azərbaycan çempionunun 187,5 reytinq xalı var. 

Sıralamada digər Azərbaycan klublarından "Sabah", "Zirə" və "Araz-Naxçıvan" da yer alıb. "Bayquşlar" 276-cı pillədən 252-ci pilləyə irəliləyib. "Zirə" 70.5 xalla 360-cıdır. “Qartallar” ötən siyahı ilə müqayisədə 27 pillə yüksəlişə nail olub. "Araz-Naxçıvan" isə 390-cı pillədən (57,75 xal) 486-cı sıraya düşüb.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.

Seçilən
0
fanat.az

1Mənbələr