AZ

Paşinyan: Ermənistanın məqsədi Avropa İttifaqına üzvlükdür

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı bildirib ki, ölkəsinin məqsədi Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq deyil, əksinə Avropa İttifaqına (Aİ) üzv olmaqdır.

Doğru.az xəbər verir ki, RİA Novosti Paşinyanın sözlərini belə sitat gətirib: “Aİİ-dən çıxmaq məqsəd deyil, digər tərəfdən isə məqsəd Aİ-yə üzvlükdür… Biz anlayırıq ki, qərarın qəbul edilməsi lazım olacaq məqam var, lakin hələ o məqama çatmamışıq.”

Oktyabrda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etmişdi ki, ölkə gələn ay və ya il Aİ-yə üzvlük üçün müraciət etməyi planlaşdırır.

Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə İrəvanın Aİİ-yə üzvlüklə bağlı qərar qəbul edərkən bütün amilləri nəzərə almalı olduğunu vurğulayıb.

DOĞRU.AZ

Seçilən
19
1
dogru.az

2Mənbələr