AZ

Aktyor 30 kilo arıqlamağının sirrini açıqladı

Türkiyənin tanınmış şoumeni və aktyoru Ata Demirer üç-dörd ay ərzində 30 kilo arıqlamağı bacarıb. İndi o, tez-tez “necə arıqladın?” sualı ilə qarşılaşır. Metbuat.az xəbər verir ki, sənətçi pərəstişkarlarını çox intizarda qoymayıb. Məşhur aktyor hər gün bir neçə saat idman etdiyini və stressdən uzaq qaldığını bildirib. “Az yeyib çox gəzmək lazımdır”, - aktyor deyib. Ata Demirer qida rasionu haqda da danışıb. Deyib ki, insan əli dəyən heç bir qidanı qəbul etmir: "Mürəbbə yemirəm, çünki onu insan hazırlayib. Amma bal yeyirəm, çünki təbii qidadır. İnsan Əli dəydiyi üçün pendir yemirəm, ancaq banan, alma yeyirəm. Ət yeyirəm, amma üzərinə mayonez, ketçup əlavə etmirəm. Onlar da insan hazırlayıb. Əlinizə insan əli dəyməyən nə keçsə yeyin, ziyanı yoxdur".

Aktyorun ciddi danışdığını, yoxsa zarafat etdiyini müəyyənləşdirmək mümkün olmayıb.

Seçilən
10
1
metbuat.az

2Mənbələr