XOCALI, 11 dekabr. TELEQRAF
Xocalı rayonunun 3 kəndinə köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti qayıdış prosesi həyata keçirilib.
Qayıdış proqramına uyğun olaraq bu mərhələdə Şuşakənd kəndinə 14 ailə olmaqla 51 nəfər, Badarakəndinə 6 ailə olmaqla 18 nəfər, Ballıcakəndinə 9 ailədən 38 nəfər daimi qayıdışı təmin edilib.
Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Şuşakənd kəndinə ümumilikdə 93 ailədən ibarət 341 nəfər, Ballıca kəndinə 237 ailədən ibarət 1054 nəfər, Badara kəndinə isə 43 ailə, 154 nəfərin daimi qayıdışı təmin edilib.