Bakı. Trend:
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilinnoyabr ayında 28 aptekdə yoxlama aparıb.
Trend xəbərverir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənindigər şəhər və rayonlarında olub:
"Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isəplandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdəçatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollartərtib edilib", məlumatda qeyd olunub.