AZ

Ötən ay 28 aptekdə yoxlama aparılıb, 5 aptekdə çatışmazlıq aşkarlanıb

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilinnoyabr ayında 28 aptekdə yoxlama aparıb.

Trend xəbərverir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənindigər şəhər və rayonlarında olub:

"Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isəplandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdəçatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollartərtib edilib", məlumatda qeyd olunub.

Seçilən
28
11
az.trend.az

10Mənbələr