AZ

Çin ilk dəfə nəhəng“dronlar aviadaşıyıcısı”nı səmaya buraxıb

Çin ölkə daxilində “uçan dron daşıyıcısı” adlandırılan super böyük “Tsyutyan” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşunu tamamlayıb. Sınaqlar Şensi əyalətində baş tutub.

Herbiand.az bu barədə Bloomberg agentliyinə istinadən xəbər verir.

“Tsyutyan” PUA-sı çoxlu sayda pilotsuz uçuş aparatlar və raketlər buraxmaq qabiliyyətinə görə təyyarədaşıyan gəmi ilə müqayisə edilib. Bu, dünyada belə tipdə məlum olan ən böyük platformadır. Aparat altı tona qədər silah daşıya bilər. Bundan başqa, idarə olunan bombalar, hava-hava raketləri, gəmi əleyhinə raketlər və hətta kamikadze dronları üçün səkkiz asma nöqtəyə malikdir.

Əsas xüsusiyyətlərindən biri düşmənin hava hücumundan müdafiə sistemlərinə nüfuz etmək üçün dəstə şəklində buraxılan 100-dən çox kiçik dron daşıya bilməsidir. Ekspertlər qeyd edirlər ki, təyyarənin ölçüsü onun döyüşdə aşkar olunmasını azalda bilər.

Təyyarə Çin Xalq Azadlıq Ordusunun xidmətinə qəbul edilməzdən əvvəl bir sıra əlavə sınaqlardan keçməlidir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr