AZ

Zərifliyi ilə göz qamaşdırdı, mükafata layiq görüldü (FOTOLAR)

Bu il təşkil olunan "GQ Men of The Year 2025" gecəsinə damğa vuran əsas isim “Uzak Şehir” serialının ulduzu Sinem Ünsal olub

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa qırmızı xalçada zərif görünüşü ilə bütün diqqətləri üzərinə cəmləyib və gecənin ən prestijli mükafatlarından biri olan “İlin qadını” adına layiq görülüb.

Sinem mərasimə hazırlaşmasının 5 saat çəkdiyini bildirib. Gecə boyunca aktrisaya sevgilisi Berk Cankat da müşayiət edib.

"GQ Men of The Year 2025" mükafatını alan digər məşhurlar aşağıdakılardır:

    •    İlin qadını - Sinem Ünsal
    •    İlin aktyoru -  Mert Yazıcıoğlu
    •    İlin parlayan ulduzu - Burak Dakak
    •    İlin hype mükafatı: Emirhan Çakal
    •    İlin Beynəlxalq Müvəffəqiyyət Mükafatı - Aras Aydın
    •    İlin Üstün Uğur Mükafatı - Serkan Çayoğlu
    •    "Zamansızlıq" Mükafatı: Okan Bayülgen 
    •    İlin musiqi adamı: Edis
    •    İlin şefi - Bahtiyar Büyükduman
    •    İlin tərz adamı- Rafael Cemo Çetin
    •    İlin idman adamı -  Victor Osimhen

Gecənin aparıcılığını Erkan Kolçak Köstendil və Şükran Ovalı edib. Tədbir həm səhnə çıxışları, həm də qırmızı xalının parıltılı görüntüləri ilə bu ilin ən çox danışılan şou-biznes gecələrindən birinə çevrilib.

Seçilən
11
unikal.az

1Mənbələr