AZ

Bu ölkə etiraf etdi: Fəlakətə doğru gedirik, Türkiyə ilə savaş an məsələsidir

İsrail ordusunun keçmiş komandiri, general-mayor İsrail Ziv "Channel 12" telekanalına müsahibəsində Qəzzanın gələcəyi və Türkiyə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Ziv Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yüksələn dominant fiqur olduğunu vurğulayıb.

O, Qəzzada sabitləşdirici qüvvə kimi hansı qüvvənin yerləşdiriləcəyi ilə bağlı qərarın önəmini qeyd edib:

"Qəzzada türk qoşunları əvəzinə, öz təhlükəsizliyimiz üçün Misir nəzarətinə üstünlük verməliyik. Türkiyə İranın bölgədəki təsirini əvəz edə biləcək yeganə regional güc kimi ortaya çıxıb. Ərdoğan müstəqil Fələstin dövlətinə tam dəstəyini verir. Bu yolla o, bölgəni Yaxın Şərqdəki Türkiyə oxunun bir hissəsinə çevirmək istəyir. Ramallah yolu Qəzzadan keçir".

General Ərdoğanın regional strategiyasının İsraili hər iki tərəfdən sıxışdırmağı hədəflədiyini iddia edib:

Seçilən
41
publika.az

1Mənbələr