GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda qızı Tuğyan Ülkem Gülter və dostu Sultan Nur Ulu da daxil olmaqla 4 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Nəşr yazır ki, təmizlənmiş kamera və səs yazıları Güllünün mübahisə sonrası pəncərədən itələnərək öldürüldüyünü ortaya çıxarıb:
“Səs yazılarında Gülterin, “indi səni atacağam” və ardınca “görüşənədək, bay bay” dediyi müəyyən edilib. İstintaq məlumatlarına görə, spirtli içki qəbul etmiş Güllü hamama getdikdən sonra Gülter və dostu Ulu pəncərəsi yerə yaxın olan otağa keçərək pəncərəni açıblar. Ardınca Güllünün eşitdiyi zaman rəqs etdiyi “Malkara” adlı roman havası yüksək səsdə açılıb. Hamamdan çıxan Güllü musiqini eşidib, “o nədir?” deyərək otağa yönəlib. Bu zaman qızının ona “indi səni atacağam” dediyi və anası ilə mübahisə etdikdən sonra onu pəncərədən aşağı itələndiyi ortaya çıxıb”.
Ölüm hadisəsi ilə bağlı istintaqın davam etdiyi müddətdə hər iki şübhəlinin Gürcüstan vasitəsilə ölkəni tərk etməyə hazırlaşdığı müəyyən olunub.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.