AZ

Vaşinqtonun Zelenskidən tələbi var Uitkoff çatdırdı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynanı ərazi güzəştlərinə məcbur etmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbələrə istinadən yazıb.

“Xüsusən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son vaxtlar ukraynalı rəsmilərə ərazi mübadiləsinə razılıq vermələri üçün təzyiq göstərir. Vaşinqton bunu Ukrayna və Rusiya arasında istənilən sülh sazişinin qaçılmaz hissəsi hesab edir”, – nəşrin mənbələri qeyd edib.

Dekabrın 10-da bildirildi ki, Trampın nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenskiyə bir neçə gün vaxt verib: “ABŞ-dan qeyri-müəyyən təhlükəsizlik zəmanətləri müqabilində Kiyevin ərazi güzəştləri ilə razılaşmasını tələb edilir”.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr