GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya sərhədi yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Northrop Grumman RQ-4B Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) görünüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Flightradar24”ün məlumatlarına istinadən məlumat yayıb.
“Forte10” çağırış işarəsi olan dron Estoniyanın hava məkanında aşkar edilib. Onun marşrutu əvvəllər Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Slovakiya və Rumıniyadan ibarət idi. Dron əvvəlcə Siciliyadakı aerodromdan havaya qalxıb”, – deyə bildirilib.
Qeyd edək ki, avqustun 29-da ABŞ-ın “RQ-4B Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsi Litva üzərində uçaraq Rusiya– Belarus sərhədini yoxlamışdı. Bu pilotsuz təyyarə də NATO-nun Siciliyadakı bazasından havaya qalxmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.