AZ

Moskvada kritik vəziyyət: Paşinyana icazə verilmədi, bir saat sonra...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanı bağlı olduğu üçün Moskvaya enə bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb .

Təyyarənin alternativ hava limanına eniş etdiyi bildirilir:

“Baş nazirin təyyarəsi bir saata yaxın Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləsə də, təsdiq ala bilməyib. Nəticədə Sankt-Peterburqun Pulkovo hava limanına yönəlib və orada təqribən gecə saat 1:00-da yerə enib. Paşinyan Almaniyaya səfərindən sonra Moskvaya uçub. O, Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının sessiyasında iştirak etməyə hazırlaşırdı”.

Məlumata görə, Moskva hava limanları Ukraynanın pilotsuz təyyarəsinin hücumu səbəbindən təxminən 154 reysi ləğv edib, gecikdirib və ya istiqamətini dəyişdirib.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
globalinfo.az

1Mənbələr