AZ

ABŞ və İsrail İrana maksimum təzyiq göstərməyə davam edəcəklər – Rəsmi Vaşinqton

Bakı. Trend:

ABŞ və İsrail Yaxın Şərq regionundakı hədəflərinə nail olmaqməqsədilə İrana maksimum təzyiq göstərməyə davam edəcək.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daiminümayəndəliyinin missiya rəhbəri Mayk Uoltsun İsrail Prezidentiİsaak Hersoqla keçirdiyi görüşün yekunlarına dair yaydığı bəyanatdadeyilir.

“Onlar İrana maksimum təzyiq göstərməyə davam etməyinzəruriliyini müzakirə ediblər... Həmçinin, daimi nümayəndə Uolts vəprezident Hersoq HƏMAS-ın silahsızlaşdırılmasının və gələcəkdəQəzza sektorunda iştirakdan kənarlaşdırılmasının təmin olunmasıüçün prezident Trampın Qəzzada müharibənin dayandırılması üçünhazırlanmış kompleks planının mümkün qədər tez icra olunmasınınvacibliyi barədə razılığa gəldilər”,–deyə məlumatda vurğulanır.

Bundan əlavə, Hersoq və Uolts BMT-də "antisemitizm və İsrailəqarşı qərəzli mövqe ilə mübarizə" üzrə birgə fəaliyyət göstərməkbarədə razılığa gəldilər.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr