Arabesk musiqinin tanınmış siması Güllünün ölümündən əvvəl evdəki kameraların qeydə aldığı səslərin texniki deşifresindən sonra qızı Tüğyan Gültər həbs olunub.
“Yeni Sabah” Halk TV-yə istinadən xəbər verir ki, TÜBİTAK-ın (Türkiyə Elmi Texnoloji Araşdırma Qurumu) araşdırmasına əsasən, pəncərədən yıxılaraq öldüyü iddia edilən Güllünün qızından son eşitdiyi sözlərin “İndi səni atacağam, bay-bay” olduğu müəyyən edilib.
Yalovanın Çınarcık rayonunda sentyabrın 26-da çoxmərtəbəli binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq öldüyü deyilən 52 yaşlı sənətçinin qətlə yetirildiyi ortaya çıxıb.
Prokurorluqda aparılan araşdırma zamanı hadisə anında evdə olduğu təsdiqlənən Güllünün qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulunun ifadələri, eləcə də texniki materiallar əsasında qətl üztə cinayət işi qaldırılıb.
İstintaqın gəldiyi nəticəyə əsasən, Materiallara görə, həmin gün yüksək miqdarda spirtli içki qəbul edən Güllü hamamda olduğu vaxt qızı və Ulu pəncərəni açaraq onun sevdiyi “Malkara” roman havasını qoşublar. Musiqini eşidərək hamamdan çıxan Güllü “O nədi elə?” deyərək otağa tərəf gedib. Ardınca Gülterin “İndi səni atacağam” sözləri, boğuşma səsi və daha sonra Güllünün pəncərədən itələnməsi qeydə alınıb.
Güllünün qızı Gülter və onun rəfiqəsi Ulu İstanbulda qaldıqları yaşayış kompleksindən çemodanlarla çıxarkən yaxalanılıblar. Onların Gürcüstan üzərindən xaricə qaçma planlarının olduğu müəyyən edilib. Gültet və Ulu “qəsdən, əvvəlcədən planlaşdırılmış qətldə iştirak” şübhəsi ilə saxlanılıblar.
Sənətçinin ölümündən öncə qeydə alınmış görüntülərdəki səslərin TÜBİTAK-da təhlilləri zamanı qızının “Hadi görüşürüz, bay-bay” dediyini üzə çıxarmasının ardınca prokurorluqda cinayət işi qaldırılıb.
İstintaq, şübhəlilərin Gürcüstan üzərindən ölkədən çıxmağı planlaşdırdıqlarını təsdiqləyib. Marşrut analizi bu niyyəti sübut edib. Sənətçinin qızının rəfiqəsinin atası Arif Ulunun da saxlanıldığı bildirilib.
İlhamə Qasımlı
Telegram kanalımız