AZ

Naxçıvanda 441 milyon manatdan çox sənaye məhsulu istehsal edilib

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,2 faiz artaraq 3159,8 manat olub.

Eyni zamanda, cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 441 milyon 468 min 300 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14,1 faiz çoxdur. Sənaye məhsulunun 364 milyon 519 min 200 manatı və ya 82,6 faizi malların, 76 milyon 949 min 100 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,9 faizi emal, 19,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olub.

 

Seçilən
106
azertag.az

1Mənbələr