AZ

Paşinyanın təyyarəsi Moskvaya eniş edə bilmədi

Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilmədiyi üçün Sankt-Peterburqa enməyə məcbur olub.

"Yeni Sabah" “Moskovski Komsomolets”ə istinadla xəbər verir ki, ACJ319 eniş yeri gözləyərək təxminən bir saat Tver vilayəti üzərində dövrə vurub, lakin sonda Pulkovo hava limanına yönləndirilib.

Hava nəqliyyatının kəsilməsinə son vaxtlar Moskva bölgəsinə edilən ən böyük dron hücumlarından biri səbəb olub. Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva vilayəti üzərində 32 PUA-nı vurub. Sakinlər bildiriblər ki, Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada partlayış səsləri eşidilib.


Telegram kanalımız
Seçilən
20
2
yenisabah.az

3Mənbələr