"Mehdiyev–Kərimli hadisəsi təkcə fərdi siyasi ziddiyyət deyil, ölkənin demokratik institutu, ictimai etimad və dövlətin milli maraqları baxımından kritik əhəmiyyətə malikdir".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, bu məsələnin araşdırılması və qanunun aliliyinin qorunması gələcək siyasi sabitlik və demokratiyanın inkişafı üçün vacibdir:
"Həmçinin, bu proses ictimaiyyətə xəbərdarlıq edir ki, siyasi fəaliyyətin şəffaf və milli maraqlara uyğun olması demokratik sistemin əsas şərtidir.
Bunları nəzərə alaraq deyim ki, hazırda aparılan araşdırmaların nəticəsi yalnız konkret şəxslərin məsuliyyətini üzə çıxarmayacaq, həm də uzun illər boyunca formalaşmış gizli şəbəkənin strukturu və xarici təsirlərin mənbələri açıq şəkildə ifşa olunacaq".
Politoloq qeyd edib ki, bu proses milli təhlükəsizliyin gücləndirilməsi və gələcəkdə siyasi mühitin daha şəffaf və sabit olması baxımından böyük əhəmiyyət daşıyır.
Süleyman