AZ

“Qarabağ” Çempionlar Liqasında 3 pillə gerilədi – SİYAHI

Bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tura yekun vurulub.

“7Times.az” xəbər verir ki, altıncı turda evdə Hollandiyanın “Ayaks” klubuna məğlub olan “Qarabağ” turnir cədvəlində 3 pillə geriləyib.

Ağdam təmsilçisi turnirin əvvəlki matçlarında “Benfika”nı 3:2 hesabı ilə məğlub etmiş, ardınca “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanmışdı. Daha sonra “Atletik”ə 1:3 uduzan “Qarabağ” 4-cü turda “Çelsi” ilə 2:2 oynayaraq bir xal əldə etmiş, 5-ci turda isə “Napoli”yə səfərdə 1-0 hesabı ilə məğlub olmuşdu.  Bu nəticələrlə komanda hazırda 7 xalla ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.

Qaydalara əsasən, Liqa mərhələsində ilk 8 komanda birbaşa 1/8 finala yüksəlir. 9–24-cü yerləri tutanlar pley-off mərhələsində mübarizəni davam etdirir, 25–36-cı yerdə qərarlaşan komandalar isə avrokubok mövsümünü burada başa vurur.

 

Seçilən
22
7times.az

1Mənbələr