Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək məqsədilə Almaniyadan Moskvaya yola düşəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, Paşinyan bunu Hamburqda erməni jurnalistlərə açıqlamasında bildirib.
“Mən buradan Moskvaya gedəcəyəm və Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyəm”, – deyə o qeyd edib.
Baş nazir həmçinin Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsinin Aİİ-yə üzvlüklə ziddiyyət təşkil etmədiyini vurğulayıb:
“Əgər bir gün doğrudan da hansısa uyğunsuzluq görsək, o zaman hansı qərarı verməli olduğumuzu qiymətləndirəcəyik”.
//Gülnarə Abasova, Editor.az