AZ

Paşinyanın təyyarəsi dron hücumuna məruz qalıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi dron hücumları səbəbindən Moskvaya eniş edə bilməyib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Lakin PUA hücumlarından sonra hava məkanı bağlı olduğu üçün Paşinyanın ACJ319 təyyarəsi Moskvaya enə bilməyib.

Təyyarə demək olar ki, bir saata yaxın Tver vilayəti üzərində dövrə vurub və Sankt-Peterburqdakı aerodroma enib.

Nuray

Xəbər 2 dəfə oxunub.
Seçilən
15
xezernews.az

1Mənbələr