Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi dron təhlükəsi ucbatından Moskvaya eniş edə bilməyib.
Bu gecə Moskva istiqamətində Ukrayna dronlarının fəallığı baş naziri marşurutunu dəyişməyə vadar edib.
Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, dekabrın 11-nə keçən gecə Moskvaya eniş edə bilməyən baş nazirin təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vurub. Sonra isə Sankt-Peterburqa istiqamət götürüb. Təyyarə gecə saat bir radələrində Pulkova aeroportuna enib.