Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada enişüçün icazə ala bilməyib. Bu səbəbdən təyyarə Sankt-Peterburqdaməcburi eniş etməli olub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ermənistan Baş nazirinin təyyarəsi təxminən birsaat ərzində Tver vilayəti üzərində eniş üçün pəncərə gözləyərəkdövrə vursa da, sonda “Pulkovo” hava limanına yönləndirilib.
Hava nəqliyyatında pozuntuların yaranmasının Moskvaya pilotsuzuçuş aparatları ilə edilən hücumların kəskinləşməsi iləəlaqələndirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, havahücumundan müdafiə qüvvələri gecə ərzində Moskva ətrafında 32PUA-nı vurub.