Bundesver yaxın günlərdə Polşa ərazisindən “Patriot” hava hücumundan müdafiə sistemlərini çıxarmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə məlumatı N-tv yayıb.
Bildirilib ki, “Patriot” sistemləri Ukrayna sərhədinə yaxın yerləşən Rzeşov şəhərində nəqliyyat-logistika qovşağının müdafiəsini təmin edirdi. Alman Silahlı Qüvvələrinin təxminən 200 hərbçisi həmin sistemlərlə birlikdə bölgədə xidmət aparırdı.
Almaniya Hərbi Hava Qüvvələri Polşa hava məkanında baş verən pilotsuz uçuş aparatları insidentindən sonra “Patriot” sistemlərinin Rzeşova yerləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Hazırda bölgənin hava məkanının qorunması missiyası Hollandiya Kral Hərbi Hava Qüvvələrinə həvalə edilib.
//Gülnarə Abasova, Editor.az