AZ

Paşinyanın təyyarəsinə təhlükə yarandı - Moskvaya ENƏ BİLMƏDİ

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi hava məkanının bağlı olması səbəbindən Moskvaya enə bilməyib və alternativ aerodroma yönləndirilib.

Modern.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gecə Rusiyanın paytaxtı dron hücumuna məruz qalıb. Moskva hava limanlarında 170-dən çox uçuş təxirə salınıb.

Paşinyanın təyyarəsi daha sonra Pulkovo hava limanına (Sankt-Peterburq) enib.

Qeyd edək ki, Ermənistanın baş naziri Almaniyaya səfərindən sonra Moskvaya uçub. O, Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırır.

Seçilən
4
1
modern.az

3Mənbələr