II Liqada nadir rast gəlinən hadisə baş verib. Maliyyə problemləri yaşayan «Şəki Siti»nin çalışdırıcısı Elvin Həsənov komandanı meydana çıxarmaq üçün borca düşüb. O, tanışlarından borca pul alaraq, futbolçulara paylayıb və «Şəki»ni texniki məğlubiyyətdən xilas edib. Hadisə 13-cü tura təsadüf eləyib. Əyalət təmsilçisi Bakıda «Araz-Saatlı» ilə görüşüb və 4:0 hesablı qələbə qazanıb. Xal ehtiyatını 25-ə çatdıran kolletiv turnir cədvəlində dördüncü pilləni qoruyub.
SPORTİNFO.AZ