Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskva üzərində hava məkanının bağlanması səbəbindən paytaxta enə bilməyib və gecə saatlarında ehtiyat aerodroma – Sankt-Peterburqa yönləndirilib.
NOCOMMENT.az xəbər verir ki, buna Moskva üzərinə PUA hücumları nəticəsində tətbiq edilən məhdudiyyətlər səbəb olub.
“Baza” teleqram kanalının məlumatına görə, Paşinyanın ACJ319 tipli təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləyib, lakin icazə verilməyib. Nəticədə təyyarə Pulkovo hava limanına yönləndirilib və təqribən gecə saat 01:00 radələrində orada eniş edib.