Bakı. Trend:
Əməkdaşlıq haqqında Bəyannamə (DoC) enerji təhlükəsizliyinintəmin edilməsinə yardım edən çərçivə mexanizminə çevrilib.
Trend-in OPEC-əistinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Heysaməl-Qeys DoC-nin yaradılmasının doqquzuncu ildönümü münasibətiləbildirib.
“Doqquz il əvvəl tarixi razılaşma əldə olundu və yeni mərhələbaşlandı. Bu mərhələ çoxşaxəli dialoqun və qarşılıqlı fəaliyyətinnazirlik, texniki və tədqiqat səviyyələrində zəruriliyini, dəyərinivə əhəmiyyətini vurğuladı. Geri dönüb baxdıqda aydın görünür ki,DoC neft bazarının sabitliyinin, enerji təhlükəsizliyinin və qlobaliqtisadi artımın təmin olunmasına imkan verən bir baza kimiformalaşıb”, – deyə o bildirib.
Əl-Qeys qeyd edib ki, DoC-nin bütün bu illər ərzində əldə etdiyiuğur iştirakçı ölkələr arasında formalaşmış etimad və şəffaflıqnəticəsində mümkün olub.
“Onun gücü bütün tərkib hissələrinin cəmindədir. Hər bir ölkəmühüm rol oynayır. Şübhə etmirəm ki, qarşıdakı illərdə vəonilliklərdə DoC inkişaf etməyə və daha da güclənməyə davam edəcək.Biz onun 2026-cı ildə keçiriləcək 10 illik yubileyini səbirsizlikləgözləyirik”, – baş katib əlavə edib.
Xatırladaq ki, doqquz il əvvəl – dekabrın 10-da OPEC-ə üzvdövlətlərin nümayəndələri, habelə Azərbaycan, Bəhreyn Krallığı,Bruney-Darüssəlam, Ekvatorial Qvineya (sonradan OPEC-ə qoşulub),Qazaxıstan, Malayziya, Meksika, Oman Sultanlığı, RusiyaFederasiyası, Sudan Respublikası və Cənubi Sudan RespublikasıVyanada (Avstriya) görüşərək qlobal neft bazarının cari vəziyyətinivə onun davamlı sabitliyinin bərpasına dair mümkün tədbirlərimüzakirə ediblər.
Görüş DoC-nin imzalanması ilə nəticələnib. Buna 2016-cı ilərzində bir neçə ay davam edən genişmiqyaslı məsləhətləşmələr, ocümlədən 28 sentyabrda Əlcəzairdə keçirilmiş OPEC Konfransının170-ci (növbədənkənar) iclasında qəbul olunmuş “Əlcəzairrazılaşması” və 30 noyabrda Vyanada OPEC Konfransının 171-ciiclasında əldə edilmiş “Vyana razılaşması” kimi əsas hadisələrzəmin yaradıb.
OPEC-dən qeyd olunub ki, DoC çərçivəsində hasilatçı ölkələr neftistehsalçıları və istehlakçıları olan bütün dövlətlərin maraqlarınaminə neft bazarının sabitliyi üçün məsuliyyət daşıdıqlarınıtəsdiqləyiblər. Onlar neft bazarının sabitliyinin bərpası vəqorunması işində qlobal ictimaiyyət qarşısında öhdəliklərininümayiş etdiriblər ki, bu da dünya iqtisadiyyatına geniş və müsbəttəsir göstərib. Bu öhdəlik artıq doqquz ildir ki, qüvvədəqalır.