AZ

Belçika rus aktivlərinin istifadəsi üçün Aİ-dən əlavə maliyyə ehtiyatıi tələb edib

Brüssel Euroclear-ın hüquqi və maliyyə risklərdən qorunması üçün ehtiyat fondunun artırılmasını istəyir…

Poliqon xəbər verir ki, Belçika Avropa İttifaqından dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı əlavə maliyyə təhlükəsizlik yastığı yaratmağı tələb edib. Politico nəşrinin əldə etdiyi sənədə əsasən, Belçika Aİ rəhbərliyindən Euroclear depozitarisinin mümkün hüquqi və siyasi risklərə qarşı daha güclü müdafiə mexanizmləri ilə təmin olunmasını istəyir.

Sənədə görə, əlavə ehtiyat fondu Euroclear-ın Rusiyanın mümkün cavab addımlarına qarşı maliyyə dayanıqlığını artırmalıdır. Bu rezerv həmin aktivlərdən əldə edilən faiz gəlirlərinin bir hissəsi hesabına formalaşdırılacaq. Belçika bu dəyişikliklərin Rusiyanın aktivlərinin istifadəsinə dair Avropa Komissiyası sənədinə daxil edilməsini təklif edir. Bu tələb həm də Brüsselin daha əvvəl irəli sürdüyü digər təminat tədbirlərinə əlavə kimi nəzərdə tutulur.

Belçika tərəfi narahatdır ki, Moskva Aİ-nin istifadə etməyi planlaşdırdığı aktivləri geri tələb edə bilər və bu, Euroclear üçün ciddi hüquqi risklər yarada bilər. Hazırda dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin böyük hissəsi G7 ölkələrinin Ukraynaya ayırdığı 45 milyard avroluq kreditin ödənilməsinə yönəldilir. Euroclear isə hüquqi riskləri qarşılamaq üçün bu vəsaitlərin 10 faizini ehtiyatda saxlayır. Politico yazır ki, Belçika bu ehtiyat limitinin artırılmasını zəruri hesab edir.

Avropa Komissiyası 18–19 dekabr sammitində Aİ-nin dondurulmuş Rusiya aktivləri üzərində tam nəzarət götürməsi — ümumilikdə 210 milyard avronun müsadirəsi — barədə qərar qəbul etməyə ümid edir. Bu məbləğin 193 milyard avroluq hissəsi hazırda Euroclear-da saxlanılır. Aktivlərin istifadəsinə dair qərarın qəbul edilməsi üçün Aİ Şurasının kvalifikasiya edilmiş çoxluq səsverməsi tələb olunur.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr