Bangkok sərhəddə artan gərginlik fonunda daha geniş əməliyyatlara hazır olduğunu bildirir…
Poliqon xəbər verir ki, Tailand Hərbi Hava Qüvvələri Kamboca Silahlı Qüvvələrinin sərhədyanı mövqelərinə aviazərbələr endirib. Tayland Müdafiə Nazirliyi bildirib ki, zərbələr Kambocanın artilleriya atəşlərinə cavab olaraq həyata keçirilib.
Rəsmi məlumatda qeyd olunur ki, hava hücumları yalnız hərbi obyektlərə, komanda məntəqələrinə, pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzlərinə, silah və sursat anbarlarına yönəlib. Tailand Kral Hərbi Hava Qüvvələrinin nümayəndəsi Çakkrit Tammaviçay isə bildirib ki, əgər kəşfiyyat Kamboca ərazisindən birbaşa təhlükə aşkar etsə, aviasiya ölkənin dərinliklərində də əməliyyatlar keçirməyə hazırdır.
Tailand və Kamboca arasında yeni sərhəd toqquşmaları 2025-ci il dekabrın 8-də başlayıb. Bangkok Kambocanı Buriram əyalətində yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Hadisədən sonra Tayland danışıqlardan imtina edərək hərbi əməliyyatların genişləndirilməsi qərarına gəlib.
Sərhəddə vəziyyətin gərginləşməsi regionda humanitar riskləri və münaqişənin daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi ehtimalını artırır.
Poliqon.info