Yeni normalarda “Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”a istinad edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Bu, yeni tikililərin enerji sərfiyyatını azaltmaq və resurslardan səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Həmçinin, istilik izolyasiyası və enerji qənaəti texnologiyalarının tətbiqi zəruri hesab olunur. Qaydalar müasir ekoloji tələblərə cavab verən tikinti praktikasının əsasını qoyur.