AZ

Dolberq “Qarabağ”la oyundan razı qalmayıb?

“Qələbə hiss çox gözəldir. Buna ehtiyacımız vardı. Və bunu bu cür etmək çox gözəl idi”.

Bu sözləri Publika.az-a açıqlamasında “Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” üzərində qələbə qazandıqları matçı (4:2) şərh edərkən deyib. Amsterdam komandasının turnirdəki ilk xallarını qazanmasında qolla pay sahibi olan danimarkalı forvard son həftələrdə inkişaf etdiklərini bildirib:

“Hər şey heç də yaxşı və baxımlı olmadı, amma bu, əsl komanda çıxışı idi. Bu gün bir komanda olduğumuzu göstərdik. Düşünürəm ki, inkişaf edirik. Bir-birimizi dəstəkləyirik, bir-birimiz üçün ən yaxşısını istəyirik və bunu görmək olur. Komanda kimi görünürük, bu gün yaşadığımız çətin anlarda da bu hiss olundu”.

Seçilən
37
publika.az

1Mənbələr