AZ

Putin və Pezeşkian Türkmənistanda görüşəcəklər

Vətəninfo.az xəbər verir ki,  bu haqda İranın Rusiyadakı səfiri Kazem Cəlali İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi və İran-Rusiya Dostluq Qrupunun üzvü Fərşad İbrahimpur Nurabadi ilə birlikdə Moskvada Şərqşünaslıq İnstitutunda iclasda məlumat verib.

İranlı qonaqlar və Moskva Şərqşünaslıq İnstitutunun rəhbəri Əli Əkbərov iki ölkə arasında münasibətlərin öyrənilməsində institutun müsbət rol oynadığını vurğulayıblar.

İran səfiri deyib: “Putin və Pezeşkian yaxın vaxtlarda Türkmənistanda görüşəcəklər və İranın xarici işlər naziri də gələn həftə Moskvaya səfər edəcək”.

Görüşdən sonra Şərqşünaslıq İnstitutunun Yaxın Şərq şöbəsinin müdiri Dunayeva Yelena tərəfindən redaktə edilmiş “İran və Qlobal Çətinliklər” adlı kitabın təqdimatı keçirilib.

Seçilən
43
veteninfo.az

1Mənbələr