Dekabrın 13-dən 14-nə keçən gecə Geminid meteor yağışı baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) bəyanat yayıb.
Bildirilib ki, ayın əvvəlindən başlayan meteor yağışı dekabrın 14-də zirvəyə çatacaq.
Bakıdan Geminid meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək olacaq. Meteor yağışının ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.