
Ermənistanınn Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcəyini açıqlayıb.
Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, o, bu barədə Almaniyada jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən Moskvaya gedirəm, orada Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının sessiyasında iştirak edəcəyik. İndi bir tərəfdən biz Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdiririk, digər tərəfdən isə mən buradan Moskvaya gedirəm. Bu barədə heç bir narahatlıq yoxdur. Əksinə, əlavə edim ki, Ermənistanda balanslaşdırılmış xarici siyasət özünü göstərir",-Baş nazir qeyd edib.
Paşinyan bildirib ki, bu əvvəllər qeyri-mümkün olub.
İlahə Qənbərli
Missiya.Az