AZ

ABŞ-nin populyar lotereyasında cekpot məbləği 1 milyard dollara çatıb

Bakı. Trend:

ABŞ-nin ən populyar lotereya oyunlarından sayılan “Powerball”dacekpot mükafatının məbləği 1 milyard dollara çatıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə lotereyanın saytında məlumatdərc olunub.

Çərşənbə günü lotereyanın növbəti tirajında da qalibmüəyyənləşmədiyindən, uduş məbləği 1 milyard dollara yüksəlib.Məlumatda qeyd olunur ki, qalib şənbə günü müəyyənləşə bilər.

Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin(2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb.Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərinçıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr