
ABŞ Prezidenti Donald Tramp administrasiyası “Trump Gold Card” adlı yeni immiqrasiya proqramını rəsMİ OLARAQ istifadəyə verib. Bu proqram ABŞ-da yaşamaq və işləmək istəyən, lakin prosesi sürətləndirmək üçün yüksək məbləğ ödəməyə hazır olan vətəndaş olmayan şəxslərə yönəlib. Artıq aktiv olan rəsmi “Trumpcard.gov” saytı üzərindən müraciət etmək mümkündür.
Sistem belə işləyir: əvvəlcə namizədlər Daxili Təhlükəsizlik Nazirliyinə 15 min dollarlıq sürətli baxış haqqı ödəyir. Daha sonra təhlükəsizlik yoxlamasından keçən şəxslər ABŞ vizası funksiyasını daşıyan xüsusi “qızıl kart” üçün 1 milyon dollarlıq “töhfə” etməlidir. Administrasiya bunu ABŞ iqtisadiyyatına investisiya mexanizmi kimi təqdim edir.
Prezident Tramp proqramı “Green Card-dan daha güclü yol” kimi səciyyələndirərək yalnız “çox yaxşı insanların” qəbul ediləcəyini bildirib. Ticarət naziri Hovard Lutnik isə proqramın ilkin qeydiyyat mərhələsində 10 min nəfərin artıq müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, layihə uzun müddətdə “milyardlarla dollar gəlir” gətirə bilər.
Yeni sistemin ayrıca korporativ versiyası da var: şirkətlər, ABŞ-da işlətmək istədikləri hər bir əməkdaş üçün 2 milyon dollarlıq ödəniş edərək sürətli viza ala biləcəklər.
Tramp administrasiyasının sərt immiqrasiya siyasəti fonunda “Gold Card” proqramı həm də iqtisadi fayda gətirən seçilmiş qruplar üçün alternativ bir yol kimi qiymətləndirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta