AZ

"Qarabağ" klubu dünya reytinqində üç pillə gerilədi

"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.

"Unikal"ın məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdə 65-ci sıraya düşüb.

"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.

"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.

Seçilən
10
25
unikal.az

10Mənbələr