
Türkiyədə İŞİD terror təşkilatına maliyyə dəstəyi verən 92 şübhəli saxlanılıb.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
"Son iki həftə ərzində Jandarma Qüvvələrimiz tərəfindən aparılan əməliyyatlarda İŞİD terror təşkilatını maliyyələşdirən və onun təbliğatını sosial media hesabları vasitəsilə yayan 92 şübhəlini həbs etdik. Baş Prokurorluğumuz Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi ilə əməliyyatları davam etdirir",- nazir bildirib.
İlahə QənbərliMissiya.Az