“AGA Group”a daxil olan “City Finance” BOKT MMC-nin Müşahidə Şurasına yeni sədr seçilib.
Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Qurban Nəzərov Kamal oğlu Müşahidə Şurasına üzv seçilib. Paralel olaraq Audit Komitəsinə də üzv kimi təmsil olunacaq.
İndiyə qədər bu vəzifəni “AGA Group”un törəmə şirkətlərində payçı olan Mohammad Reza Habib Zadeh tuturdu.
Mohammad Reza Habib Zadeh hazırda 5 milyon nizamnamə kapitalı olan BOKT-də 27.5 faiz payçıdır. “AGA Group”un isə şirkətdəki payı 72.5 faiz təşkil edir.
Digər qərarla isə Arif Əliyev Mehman oğlu Audit Komitəsinin sədrinin müvəqqəti əvəzedicisi kimi təmsil ediləcək.