
Antisanitar ərazi ilə bağlı son ümid: İzləyici problemin həllini istəyir Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, Müslüm Maqomayev küçəsindən izləyicimiz müraciət edərək ərazidəki antisanitar vəziyyətdən narazılığını bildirib. Sakin deyir ki, həmin ərazinin təmizlənməsi üçün dəfələrlə müraciət etsələr də, heç bir qurum məsələni həll etməyib:“Şikayətimiz antisanitar vəziyyətdə olan ərazidəndir. Təmizlənməsini arzulayırıq, amma baxan yoxdur. Son çarə olaraq sizə müraciət edirəm. Əgər bunu kimsə həll edə bilərsə, yalnız siz edə bilərsiniz.”İzləyici məsələni ictimailəşdirməyimizi xahiş edib.Ulusum.az xəbər verir ki, bu barədə şikayət Space TV-də Səidə Bəkirqızının təqdimatında yayımlanan “Xəbərin izində” proqramında səsləndirilib.Ulusum.az
Diqqət Çəkənlər
Aparıcı saxlanılıb
Gəncədə çörəyin ölçüsünə etiraz: 'Üçünü yeməliyəm ki, doyum'
Antisanitar vəziyyət dözülməz hala çatıb