Bir qadının həyatı boyunca dünyaya gətirdiyi orta uşaq sayını ifadə edən Türkiyədə ümumi məhsuldarlıq nisbəti son 11 ildə davamlı olaraq azalır.
Hafta.az yazır ki, bu da hazırda 86 milyon nəfər əhaliyə malik Türkiyədə yaxın gələcəkdə demoqrafik böhrana səbəb verə bilər.
Türkiyədə məhsuldarlıq səviyyəsinin azalması tendensiyası illərə görə belədir: 2014-cü ildə 2.19, 2015-ci ildə 2.16, 2016-cı ildə 2.11, 2017-ci ildə 2.08, 2018-ci ildə 2.00, 2019-cu ildə 1.89, 2020-ci ildə 1.77, 2021-ci ildə 1.71, 2022-ci ildə 1.63, 2023-cü ildə 1.51, 2024-cü ildə 1.48.
Bu dəyərlər göstərir ki, Türkiyədə məhsuldarlıq 2.1 əhali əvəzetmə həddindən aşağıdır. Doğum nisbətlərinin davamlı olaraq azalması bu problemlərə səbəb ola bilər: İşləyən əhalinin azalması, yaşlı əhalinin nisbətinin sürətlə artması, sosial təminat sisteminə və iqtisadiyyata ciddi təzyiqlərin yüksəlməsi.
Mütəxəssislər ailə və əhali siyasətinin təcili olaraq yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar.