AZ

Paşinyandan Qarabağ açıqlaması: Bu, yeni müharibə deməkdir

BAKI, 11 dekabr. TELEQRAF

“Qarabağ ermənilərinə söyləmişəm ki, onların qayıdışı qeyri-realdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, (separatçı) “Qarabağ hərəkatı”nı yenidən başlayacağımız anlamına gələcək. Mən artıq bəyan etmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, bu bitib, onu dirçəltmək cəhdləri əbəs olacaq”, - o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə demək olacaq:

“Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər”.

Seçilən
15
7
teleqraf.com

8Mənbələr