Sosial şəkələrdə Qadın və Uşaq Sığınacağında çəkilmiş təsirli görüntü yayılıb.
Publika.az xəbər verir ki, sığanacaqda məskunlaşan uşaqlardan biri icazə alaraq təkbaşına futbol matçı izləyib. Həmin uşaq UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın "Ayaks"la 6-cı tur oyununa sinif otağından televiziya vasitəsilə baxıb.
Görüntü sığınacağın sosial şəbəkə hesablarında paylaşılıb. Bu videonu görən insanlar təsirli anlar yaşayıblar. Bəzi şəxslər isə həmin azyaşlını "Qarabağ"ın növbəti ev oyununda stadiona aparmaq istədiklərini bildiriblər. Hətta ona Ağdam klubunun formasını hədiyyə edəcəyinə söz verən də olub.
Qeyd edək ki, sözügedən qarşılaşma Niderland təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.