AZ

Səsimiz AYNA-ya çatmır

Son illər Gəncənin siması tanınmaz dərəcədə dəyişib. Xüsusilə III MDB Oyunları ərəfəsində aparılan abadlıq və quruculuq işləri qədim Nizami yurdunu daha da gözəlləşdirib. 

Lakin bir məsələ biz sakinlərdə narahatlıq yaradıb. Bu, yaşadığımız Cavadxan qəsəbəsinə işləyən marşrut avtobuslarının sayının azaldılmasıdır. O üzdən qəsəbə sakinləri səhər işə gedərkən və ya uşaqlar məktəbə yollanarkən uzun müddət avtobus gözləməli olurlar. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etmişik. Lakin müraciətimiz səmərəsiz  qalıb. 

Hörmətli redaksiya! Qəsəbə sakinləri adından xahiş edirik ki, bu işdə bizə kömək göstərəsiniz, səsimizi AYNA-ya çatdırasınız.

Əskinaz MƏMMƏDOVA,

Gəncə şəhər Cavadxan qəsəbəsinin sakini

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr