AZ

Süni yolkalarla bağlı XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Tanınmış rusiyalı həkim Elena Pyatikova süni yolkaların sağlamlığa zərərləri barədə xəbərdarlıq edib.

Hafta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, pulmonoloq yolkaların plastik materialdan hazırlandığını, qızdırıldıqda və ya saxlanılma şəraiti düzgün olmadıqda burun və boğazda qıcıqlanmaya səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, süni yolkalar allergiya, baş ağrısı yaradan, hətta uzun müddət nəfəs aldıqda qaraciyərə mənfi təsir göstərə bilən zərərli maddələr buraxa bilər.

Bundan əlavə, süni ağaclarda istifadə edilən əlavə ətirlər və boyaların tənəffüs zamanı və ya dəri ilə təmasda əlavə risklər yaratması ehtimalı var.

Pyatikova insanlara müasir parça yolkaları seçməyi tövsiyə edib. Onun fikrincə, bu tip yolkalar daha ekoloji, sağlamlıq üçün isə daha təhlükəsizdir.

Seçilən
13
hafta.az

1Mənbələr