Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında “biletim.az” portalı vasitəsiləonlayn qaydada 739 433 bilet əldə edilib. Bu göstərici ötən ilinmüvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.
Trend bu barədəAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, onlayn bilet alışının ümumi bilet satışındaxüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2%, o cümlədən noyabr ayında38,1% təşkil edib.
2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərinxüsusi çəkisi 21.3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm37.3 %-ə yüksəlib.
Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadınınartdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışıimkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 56 məntəqə, 86 istiqamətüzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyatvasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildəsərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı vəavtovağzalları əhatə edəcək.
Qeyd edilib ki, vətəndaşlara daha rahat və təhlükəsiz qaydadamənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az”portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.