AZ

Çay da ehsandır

Bir aya yaxındır ki, Gəncə şəhəri, Aida İmanquliyeva küçəsi, 320 ünvanında yerləşən 12 A saylı binanın 2 lifti sökülsə də, yeniləri quraşdırılmır. Yaşlılar və xəstələr də daxil olmaqla bütün bina sakinləri mənzillərinə ayaqla çıxıb-düşməli olurlar.

Əvvəlki liftlər köhnə olsalar da, sakinlər istifadə edirdilər. Lakin yenilərinin quraşdırılması məqsədilə onlar söküldü. Hətta təzə liftlər üçün ehtiyat hissələri də gətirilib binanın qarşısına yığıldı. Həmin vaxtdan bir aydan çox keçməsinə baxmayaraq, ehtiyat hissələri yağış altında qalıb, tədbir görən yoxdur. 

Məsələ ilə əlaqədar Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə müraciət edəndə dedilər ki, sözügedən ünvanda köhnə liftin demontaj prosesi zamanı şaxtada problem çıxıb və bununla bağlı iş dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin Dağ-Mədən Nəzarəti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Agentliyinin Qərb Regional müfəttişliyinin mütəxəssisləri də şaxtaya baxış keçirərək akt tərtib ediblər. Agentlikdən deyirlər ki, yaranmış problem aradan qaldırıldıqdan sonra qurum mütəxəssislərinin rəyi əsasında montaj işlərinə başlanılacaq. İndi gözləyə-gözləyə qalmışıq. 

Hörmətli redaksiya! Hazırda bina sakinləri çox əziyyət çəkirlər. Xahiş edirik bu işdə bizə kömək göstərib problemimizi ictimailəşdirəsiniz.

Elxan MƏMMƏDOV,

Gəncə şəhər sakini

Seçilən
53
azerbaijan-news.az

1Mənbələr