AZ

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutuldu YENİLƏNİB

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A. Məmmədova və V. İsmayılova kesici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

***

10 noyabr, saat 23:26

Goranboyda 29 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Azad kəndində baş verib. Kənd sakini - 1996-cı il təvəllüdlü A.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A.Məmmədov qonşusu - 2003-cü il təvəllüdlü İ.Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
95
2
unikal.az

10Mənbələr