Mən sürücüyəm. İşimlə bağlı tez-tez müxtəlif ünvanlara üz tuturam. Düzü, yaxın vaxtlaradək maşınla, xüsusilə ümumtəhsil müəssisələrinin qarşısından keçərkən həyəcanlanırdım. Çünki yol nişanları, yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə yol-cizgi işarələri köhnəlmişdi, digər çatışmazlıqlar vardı. Bu isə istər-istəməz yollarda qəza şəraiti yaradırdı.
Hazırda şəhərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün işlər görülür. Öyrəndik ki, bu işlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının müvafiq quruma ünvanladığı məktubun icrası ilə əlaqədar həyata keçirilir.
Artıq sürücülər də, piyadalar da rahatdırlar. Çünki yollarda təhlükəsizliyin təmin edilməsi üzrə bütün tədbirlər həyata keçirilib.
Andrey MOZQOVOY,
Tərtər şəhər sakini